İran Prezidenti Mahmud Əhmədinejad ölkədə iqtisadi islahatların aparılmasını və vətəndaşlara ümumi məbləği 6 mlrd. dollar təşkil edəcək maddi yardımın verilməsini təklif edib.
"Bizdə vəziyyət yaxşıdır. Biz 50 mln. insana maddi yardım ayırarıqsa, hər adama ayda 120 dollar verə bilərik", - deyə çərşənbə günü İran teteviziyası (İRİNN) ilə birbaşa efirdə Əhmədinejad bildirib.
İran Prezidenti bildirib ki, 2009-cu ildə hazırki bazar qiymətləri ilə neft ixracından gözlənilən gəlir 6 mlrd. dollar təşkil edəcək.
"Maddi yardım layihəsi İranda hazırlanan iqtisadi proqramlar arasında ən əhəmiyyətlisidir", - deyə Əhmədinejad İsfahan şəhərində çıxışı zamanı bildirib.