...

Azərbaycan və ABŞ layihələrin birgə maliyyələşdirilməsi üzrə hökumətlərarası Anlaşma Memorandumu imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend /

"Azərbaycan Maliyyə Nazirliyi ABŞ-la "Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu" imzalayıb", - nazirliyin çərşənbə günü yayımış məlumatında deyilir.

Müqaviləni Azərbaycan hökuməti adından Azərbaycan maliyyə naziri Samir Şərifov və ABŞ hökuməti adından ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə Koordinatoru Skot Teylor imzalayıb.

Memoranduma əsasən 2009-2011-ci illər ərzində Azərbaycanda USAİD tərəfindən həyata keçiriləcək Ticarət və İnvestisiya Proqramı, Xərclərin Planlaşdırılması və İdarəolunması Proqramı, Özəl Sektorun Rəqabətliliyi Proqramı və Regional Sosial İqtisadi İnkişaf Proqramının birgə maliyyələşdirilməsi nəzərdə tutulub.

Qeyd edilən proqramların ümumi büdcəsi 45 mln. ABŞ dolları təşkil edir və bu vəsaitin 24,3 mln. dollar məbləğində olan hissəsini ABŞ hökuməti, 20.7 mln. dollar məbləğində olan  hissəsini isə Azərbaycan hökuməti ayıracaq.

Xəbər lenti

Xəbər lenti