...

Azercell Telecom Dost-Tanıs xidməti üzrə yeni kampaniya elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend /

Azərbaycanın GSM operatoru olan Azercell Telecom-un abunəçiləri öz dost-tanış nömrələrinin sayını artıraraq onlarla daha çox güzəştlə danışmaq imkanı əldə edəcəklər. Çünki operator bu xidmət üzrə yeni kampaniya keçirir. Azercell-in məlumatında bildirilir ki, 13 aprel-13 oktyabr tarixində keçirilən kampaniya müddətində "Dost-Tanış" xidməti üzrə mövcud olan imkanlar bir qədər də genişləndirilib.

Bu vaxta qədər həmin xidmət çərçivəsində yalnız 1 nömrəni "Dost-Tanış" siyahısına əlavə etmək mümkün idisə, kampaniya müddətində 3 "Azercell" nömrəsini və hətta əlavə olaraq 1 yerli sabit şəbəkə (şəhər) nömrəsini də Dost-Tanışlar kimi qeyd etmək olar.

Altı ay davam edəcək kampaniya dövründə fakturasız xətt abonentləri Dost-Tanış nömrələrlə əvvəlkindən daha da güzəştli şərtlərlə danışa biləcəklər. Bu zaman "Azercell"-ə aid Dost-Tanış nömrələri ilə 1 kontur=5 saniyə, yerli sabit şəbəkə nömrəsi ilə isə 1 kontur=3 saniyə tarifi ilə danışmaq mümkündür.

Kampaniya dövründə seçilən yeni Dost-Tanış nömrələri üçün güzəştli tariflər yalnız 60 gün tətbiq ediləcək. Lakin 6 aylıq kampaniya boyunca abonent yenidən istənilən nömrəni (ya əvvəlki nömrəni, ya da başqa birisini) Dost-Tanış siyahısına əlavə edib onlarla qeyd edilən güzəştli tariflərlə danışa bilər.

Hər dəfə hansısa nömrəni Dost-Tanış siyahısına salmaq üçün həmin nömrəni SMS mətninə daxil edib 8080 qısa nömrəsinə göndərmək lazımdır. Əgər abonent Dost-Tanış siyahısındakı hər hansı bir nömrənin yerinə başqasını əlavə etmək istəyərsə, onda SMS mətninə əvvəlcə köhnə nömrə, ardınca da yeni nömrəni yazıb 8080 qısa nömrəsinə göndərməlidir. Bu qısa nömrəyə göndərilən bir SMS-in qiyməti 99 konturdur.   

Xəbər lenti

Xəbər lenti