...

Azercell bölgələrdə yeni SimSim abunəçiləri üçün endirim kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2009 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend / 

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom yeni SimSim abunəçiləri üçün "Alo Azərbaycan - Regional endirim" kampaniyası keçirir. Azercell-in məlumatında deyilir ki, kampaniya 15 Aprel -15 iyul 2009-cu il tarixlərində Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzəndə; 15 mart-15 iyun 2009-cu il tarixlərində Sumqayıt, Xızı, Qobustan, Şamaxı, İsmayıllı və Ağsuda; 15 fevral -15 may 2009-cu il tarixlərində Gəncə, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboyda keçiriləcək.

Sözügedən regionların yeni abunəçiləri üç ay ərzində kampaniya müdətində endirimdən yararlana bilərlər.

Kampaniya ərzində şəbəkədaxili zənglər 4 san = 1 kontur, şəbəkəxarici zənglər 2 san = 1 kontur, beynəlxalq zənglər isə 1san = 1 kontur təşkil edəcək. Kampaniya müddəti ərzində Azərbaycanın digər bölgələrində Azercell şəbəkəsinə qoşulan yeni SimSim abonentləri yalnız yuxarıda göstərilən rayonların ərazisinə gəldikləri halda bu endirimlərdən istifadə edə biləcəklər.

Kampaniyanin endirimli tariflərinə keçid abonentlerin qoşulduqları andan başlayaraq 24 saat ərzində baş verəcək.

Xəbər lenti

Xəbər lenti