...

Əmrahbank-ın auditor komitəsinin yeni tərkibi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2009 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Əmrahbank rəhbərliyinin martın 2-də səhmdarların ümumi iclasında qəbul etdiyi qərara əsasən, bankın auditor komitəsinin yeni tərkibi təyin edilib.

Bankın auditor komitəsinin yeni üzvləri İkram Hümbətov (auditor komitəsinin sədri), Əhməd Kərimov (risklərin idarəetmə departamenti və daxili nəzarət, Azercell) və Mazar Cəlaldır (aktivlərin idarə edilməsi, Beynəlxalq İnvestisiya Bankı).  

İclasda bankın yeni missiya və strategiyası qəbul edilib.

Bu gün Əmrahbank-ın müşahidə komitəsinin iclasında bankın yeni strateji planı, 2009-cu ilin büdcəsi təsdiq edilib və daxili komitələrin rəhbərləri təyin olunub.

İlin əvvəlində Əmrahbank-ın təmiz gəliri 3,4 milyon manat, müştərək kapitalı 21,8 milyon manat və ümumi aktivləri 62,4 milyon manat təşkil edib.

Aprelin 20-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti