...

BƏƏ Bakı-Tbilisi-Qars layihəsi üzrə Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında nəqliyyat sahəsində əməkdaşlıq qətnaməsi ölkələr arasında avtomobil, hava və dəmir yol nəqliyyatı sahələrində ikitərəfli əməkdaşlığı nəzərdə tutur", - cümə axşamı Azərbaycan Nəqliyyat Nazirliyindəki mənbə deyib.

Mənbənin sözlərinə görə, BƏƏ ölkələr arasında hava nəqliyyatının inkişafında maraqlıdır. Avtomobil daşımalarına da böyük diqqət yetirilib.

"Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatmasından sonra, onlar (BƏƏ) bu istiqamətdə dəmir yolu daşımalarının Türkiyə limanları ilə Dubaya çatdırılmasında maraqlıdırlar", - mənbə bildirib.

Azərbaycan Nəqliyyat Nazirliyi və BƏƏ İqtisadiyyat Nazirliyi aprelin 22-də Bakıda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq haqda protokol imzalayıblar. Protokol BƏƏ-nin iqtisadiyyat naziri, federal nəqliyyat və vətəndaş aviasiya strukturlarının sədri Sultan bin Said əl-Mənsurinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri zamanı imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti