...

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün qanunverici bazanın təkmilləşdirilməsi üzrə işlər açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qanunverici bazanın təkmilləşdirilməsi üçün yaxın dörd ildə həyata keçiriləcək tədbirlər planını müəyyən edib. Bu barədə cümə günü yoxsulluq prorblemi və ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov bildirib.

"Bu istiqamətdə mühüm addımlardan biri 2010-2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası üçün dövlət proqramının hazırlanmasıdır", - deyə Qasımov "Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf" adlı II Beynəlxalq elmi-praktik konfrans zamanı bildirib.

Onun sözlərinə görə, nazirlik "Sosial xidmətlər haqqında" Qanun layihəsi hazırlamaq niyyətindədir. Dünya Bankı ekspertlərinin rəyinə görə, bu qanunun dünyanın heç bir yerində analoqu yoxdur.

Qasımov bildirib ki, nazirlik həmçinin, "Təqaüd haqqında" Qanun layihəsi, "Sosial təminat məcəlləsi", daha sosial-reabilitasiya mahiyyətli olacaq "Ünvanlı sosial yardım haqqında" Qanuna əlavə və dəyişikliklər hazırlamaq niyyətindədir.

Onun sözlərinə görə, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün ölkədə yoxsulluğun azaldılmasından ötrü ödənişli ictimai işlərin inkişafı üzrə işlər həyata keçiriləcək, qısa müddət ərzində müvafiq orqanlarla birgə uşaqların müdafiə sisteminin yaradılması planlaşdırılır. Mənfi faktların aradan qaldırılması üçün müxtəlif dərəcələr üzrə sosial müavinətin bütün 35 növü üçün ünvanlılığın təmin edilməsi, dörd il ərzində şəhər və rayonlarda əhalinin sosial müdafiəsi mərkəzləri strukturlarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi planlaşdırılır. 

Qasımov bildirib ki, nazirlik hazırda 50 manat təşkil edən birdəfəlik uşaq vəsaitlərinə yenidən baxılması məsələsini nəzərdən keçirir.

"Azərbaycanda bütün ailələrdə bu müavinətlərə ehtiyac var və biz onların ehtiyacı olmayan ailələrə verilməsini ləğv etmək və onları ehtiyacı olanlara verməyi planlaşdırırıq", - deyə Qasımov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti