...

Azərbaycan bankı Rabitəbank dividentlərin debit kartlarına hesablanması prosesinin tətbiqinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir N.İsmayılova /Azərbaycan bankı Rabitəbank dividentlərin öz müştərilərinin debit kartına hesablanması prosesinin tətbiqinə başlayıb. Bu haqda bankın müşahidə şurasının üzvü Zakir Kazımov deyib.

"Hazırda bank müştəriləri əmanələrə görə faizləri bilavasitə bankda alırlar. Lakin rahatlıqdan ötrü bank dividentlərin debit kartlarına hesablanması prosesinin tətbiqinə başlayıb", - Kazımov deyib.

Onun sözlərinə əsasən, bu yenilik müştərilərə vaxta qənaət etmək imkanı verəcək və hər divident çıxardıqda banka gəlmək məcburiyyətindən azad edəcək.

Sistemin tətbiqi ilin ilk yarısında başa çatacaq.

2009-cu ilin əvvəlində Rabitəbank-ın depozit portfelinin ümumi həcmi 42 987 maat, fiziki şəxslərin əmanəti 32 862 manat təşkil edib. 2008-ci ilin nəticələrinə əsasən, bank tərəfindən 4 676 kart istifadəyə verilib.                                

Aprelin 25-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti