...

Azərbaycanda işə düzəlməklə bağlı müraciətlərin sayı azalıb – Məşğulluq İdarəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 12:45 (UTC +04:00)
Azərbaycanda işə düzəlməklə bağlı müraciətlərin sayı azalıb – Məşğulluq İdarəsi

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir Ü.İsmayılova /

Cari ilin birinci rübündə Azərbaycanda işə düzəlməklə bağlı müraciətlərin sayı 2008-ci ilin analoji dövr göstəricisinə nisbətdə 5-7 faiz azalıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq İdarəsinin rəhbəri Anar Bədəlbəyli bildirib.

"Düşünürəm ki, bu, dünya maliyyə böhranının təsiri ilə bağlı deyil, mövsümlə əlaqədardır", - deyə Bədəlbəyli bildirib. Müraciətlərin azalması əsasən bölgələrdə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti