Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın Poti Şəhər Məhkəməsi Syerra-Leone bayrağı altında üzən "NEW STAR-1" gəmisinin kapitanı Səlimu Kendrinin həbsi barədə qərar verib.
Sərhəd Polisindən verilən məlumata əsasən, gəmi heyətinin 10 üzvünə 4 min lari və bir sərnişinə 2 min lari həcmində zaminə çıxmaq haqqı təyin edilib.
Gürcüstan Sərhəd Xidməti aprelin 29-da dəniz sərhədinin pozulması faktı ilə Syerra-Leone bayrağı altında üzən "NEW STAR-1" quru yük daşıyan gəmini saxlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]