...

İl ərzində Azərbaycan banklarının mənfəəti 1,5 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2009 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir N.İsmayılova /

Martda Azərbaycanda mənfəətlə işləyən bankların sayı 38-dən 37-ə düşüb, ötən ilin mart ay ilə müqayisədə isə onların sayı bir ədəd artıb. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankından bildiriblər.

Bank sisteminin 2008-ci ilin 1 aprel tarixi ilə müqayisədə 1,7 dəfədən çox artan ümumi mənfəəti 79,66 mln. manat təşkil edib. Martda bankların mənfəətlərinin ümumi həcmi 0,9 faiz artıb.

Ziyanla işləyən bankların sayı fevral ayına və ilin əvvəlinə nisbətdə bir ədəd artıb. Doqquz bankın ziyanı 7,41 mln. manat təşkil edib ki, bu da ötən ilin aprel tarixi ilə müqayisədə 6,9 faiz çoxdur.

Bank fəaliyyətlərinin maliyyə nəticələri (vergiödəmələrindən sonra) milyon manatla:

Dövrlər

Mənfəətlə işləyən bankların sayı

Bank sisteminin ümumi mənfəəti (mənfəətlə işləyən banklar üzrə)

Ziyanla işləyən bankların sayı

Bank sisteminin ümumi ziyanı (ziyanla işləyən banklar üzrə)

Bankların əldə etdiyi yekun mənfəət (+) yaxud ziyan (-)

01-04-2007

35

33,11

8

9,53

23,58

01-04-2008

36

53,08

9

6,93

46,15

01-04-2009

37

87,07

9

7,41

79,66

Mayın 6-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti