...

Əmanətlərin etibarlılığı artırılsın: 8 mindən 30 min manatadək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2009 10:34 (UTC +04:00)
Əmanətlərin etibarlılığı artırılsın: 8 mindən 30 min manatadək

Azərbaycan, Bakı, 06 may / Trend /

Leyla Abdullaeva, Trend Capital analitik mərkəzinin eksperti

Depozitlərin Sığortalanması Fondu (ADIF) vasitəsilə sığorta ödəmələrinin maksimal məbləğinin planlaşdırılan artımı Azərbaycan banklarının depozit bazarında vəziyyətini yaxşılaşdırmalıdır. Parlament mayın 8-də "Sığorta haqqında" Qanuna düzəlişləri nəzərdən keçirməyi planlaşdırır. Düzəlişlərə əsasən, ADIF vasitəsilə sığorta ödəmələrinin maksimal məbləği 8 min manatdan 30 min manatadək artırılacaq.

Sığorta ödəmələri məbləğini artıran ölkələr nəzərəçarpacaq nəticələr əldə ediblər. Məsələn, Qazaxıstan hökuməti ötən il zəmanət məbləğini 700 min təngədən (5,8 min dollardan artıq) 5 mln. təngəyədək (42 min dollardan artıq) artırılması istiqamətində tədbirlər həyata keçirdi. Bu, il ərzində bank sistemində depozit həcmlərinin 53,2 faiz artmasına imkan yaratdı. Əhali depozitləri 9,4 faiz artdı.

Son vaxtlar Azərbaycanda ölkə banklarında əhali əmanətlərinin azalması müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, martda depozit bazası 15,5 faiz azalıb, 2008-ci ilin mart ayı ilə müqayisədə isə azalma 14,3 faiz təşkil edib.

İş ondadır ki, dünya maliyyə böhranı fonunda əhaliyə Avropa əmanətçilərinin "təşviş"i çatdırılır. Bununla yanaşı, milli valyutada əmanətləri olan əhali qonşu ölkələrdəki devalvasiya proseslərini müşahidə edərək, yaşadıqları ölkədə də bu proseslərin baş verəcəyindən çəkinir və nəticə etibarı ilə öz faizlərini itirəcəklərindən ehtiyatlanırlar. Bank əmanətçiləri buna heç bir əsas olmadan, öz depozit yatırımlarını ümumiyyətlə götürməyi düşünürlər.

Vəziyyət ölkədə bank kreditləşdirilməsinin məhdudlaşdırılması ilə daha da kəskinləşir.

Əvvəllər öz biznes ehtiyacları üçün banklardan kredit götürmək istəyində olan sahibkarlar, indi bir qədər bu imkanlardan məhrumdurlar, buna görə də onlar öz əmanətlərini geri götürür və işlərinin inkişafına yönəldirlər.

Lakin Azərbaycanda bank depozitləri yatırımı bu gün kapitalın artırılması üçün etibarlı vasitələrdən biridir. Çünki Azərbaycanın ortastatistik vətəndaşının bu gün kiçik əmanətlərini yatırmaq üçün digər alternativi yoxdur. Daşınmaz əmlak qiymətlərinin düşməsi ilə əlaqədar olaraq əmlaka pul yatırmağın sərfəli olmaması, biznes qurmağın riskli olması və digər səbəblərə görə, gəlirin artırılması üçün məhz depozitə ümid qalır.

Azərbaycan banklarının əksəriyyəti əmanətlərin sığortalanması sisteminə daxildir ki, bu da əmanətçilərə xüsusi problem olmadan əmanətdən gələn gəlirlərini əldə etməyə imkan verir. Azərbaycanda 46 bank fəaliyyət göstərir, onlardan 41-i ADIF-in üzvüdür. 2008-ci ilin əvvəlindən fond üzv banklarda əmanətlərin sığortasını 100 faiz həyata keçirir. Əmanətlərin 6 min manatı ötməməsi şərti ilə, 2010-cu il yanvarın 1-dən isə bu məbləğin 8 min manatadək artırılması gözlənilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti