...

Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin təqribi görüş vaxtı müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2009 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir E.İsmayılov /

Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikilməsi layihəsi çərçivəsində İstanbulda keçiriləcək görüşü təxirə salınıb. Bu barədə Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin rəhbəri Sədrəddin Məmmədov deyib. Bir müddət öncə görüşün mayın 9-da keçirilməsi planlaşdırılmışdı. Hazırda görüşün mayın 17-si və ya 24-ü keçirilməsi müzakirə edilir.

"Görüş Gürcüstan nümayəndə heyətinin xahişi ilə təxirə salınıb. Bunu nəzərə alan Türkiyə görüşü mayın 17-si və ya 24-nə təyin edəcək. Bununla bağlı hələ əlavə müzakirələr aparılacaq", - Məmmədov qeyd edib.

Onun sözlərinə əsasən, BTQ dəmiryolunun inşası layihəsi çərçivəsində keçiriləcək görüşdə Türkiyə-Gürcüstan sərhədində yerləşən tunelin yenidən layihələndirilməsi müzakirə ediləcək.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında BTQ dəmiryolunun inşası ilə bağlı yekun sənəd 2007-ci ilin fevralında Tbilisidə imzalanıb. Dəmiryolunun Gürcüstan hissəsinin inşasına Azərbaycan Gürcüstanın "Marabda-Kartsaxi" MMC şirkətinə 25 il müddətinə 200 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində uzunluğu 29 km olan yeni dəmiryolu, Türkiyə ilə sərhəddə xidmət məntəqəsi salınacaq və köhnə dəmiryolunda bərpa işləri aparılacaq.

BTQ çərçivəsində yeni 105 km-lik dəmiryol tikiləcək ki, onun da 796 km-i Türkiyə və 29 km-i Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, yükötürmə qüvvəsini ildə 15 milyon tona çatdırmaqdan ötrü Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmiryolunun 183 km-lik hissəsində yenidənqurma işləri aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti