...

Gürcüstanda türk gəmisinə 65 min lari cərimə kəsildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2009 18:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 may / Trend , müxbir N.Kirtsxaliya /

Poti şəhər məhkəməsinin qərarına əsasən, Türkiyə bayrağı altında üzən "TUGRUL S-1" tankeri Gürcüstanın inzibati məcəlləsinə əsasən 65 min lari cərimə ödəməlidir (1 dollar - 1,6550 lari).

Sərhəd polisindən verilən məlumata görə, bundan başqa gəmi ətraf mühitə vurduğu ziyana görə əlavə olaraq 6160 lari də ödəməlidir.

Mayın 11-də Poti limanında sərhədçilər və Qara dənizin Konvensiya Nəzarət Mühafizəsi Xidmətinin əməkdaşları ilə birlikdə ətraf mühiti çirkləndirməsi faktı üzrə türk gəmisini saxalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti