...

Azərbaycan və Polşa iqtisadi sahədə münasibətlərin gələcək inkişafı barədə proqram imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2009 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir N.İsmayılova /

"Mayın 13-15-də Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyanın üçüncü iclası keçirilib. Onun yekunlarına əsasən, dövlətlərarası münasibətlərin gələcək inkişaf proqramı imzalanıb", - Azərbaycanın Polşadakı səfirliyinin məlumatında deyilir.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Polşa Baş nazirinin müavini Voldemar Pavlakinin başçılıq etdiyi nümayəndə heyətləri ölkələr arasında iqtisadi və mədəni münasibətlərin genişləndirmə imkanları müzakirə edilib.

Komissiya ilə yanaşı, Azərbaycanda iş əlaqələri qurmaq istəyən polşalı iş dairələri üçün seminar keçirilib.

İclasın yekunlarına əsasən proqram tərtib olunub və imzalanıb. Bu proqramda ölkələr arasında yaxın bir neçə il ərzində münasibətlərin inkişaf dinamikası öz əksini tapıb.

Polşa Prezidenti Lex Kaçinski, Polşa Senatının marşalı Boqdan Boruseviç və ölkənin digər rəsmi şəxsləri Natiq Əliyev və Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycan-Polşa hökumətlərarası komissiyanın üçüncü iclasında növbəti iclasın Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi ötən il 31,59 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti