...

"Baltika" pivə zavodunun Azərbaycanda açılış günü elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2009 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir N.İsmayılova/ 

"Baltika" pivə zavodunun Azərbaycanda rəsmi açılışı mayın 20-də keçiriləcək. Bu barədə şənbə günü Azərbaycan-Rusiya İşgüzar əməkdaşlıq palatasından bildiriblər.

"Braesseries Internationales Holding Eastern" Ltd və "Baltika" ASC arasında Azərbaycanın "Bakı-Kastel" (Xırdalan pivə zavodu) zavodunun alınması barədə razılaşma 2008-ci ilin sentyabrında başa çatıb. Azərbaycanın pivə zavodunun səhmlər paketi 9,5 milyon dollara əldə edilib. "Baltika" pivə zavodu Azərbaycanın "Bakı-Kastel" zavodunun 2009-cu ilin yayına qədər yeni avadanlıqlarla təchiz edilməsinə 20 milyon dollar səf etmək niyyətindədir.

"Bakı-Kastel" zavodu 2000-ci ildə açılıb. O vaxt zavodun istehsal həcmi ildə 6 milyon dekalitr pivə təşkil edib və gələcəkdə rəqəmin 10 milyona çatacağı planlaşdırılıb.

"Baltika" Rusiyanın 9 müxtəlif rayonund 11 pivə zavodunu birləşdirir. Şirkətin əsas sahibi nizamnamə kapitalının 85,6%-ni əlində cəmləyən "Baltic Beverages Holding"dir (BBH).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti