...

Azərbaycana turist axınının az olması ölkəni "donuz qripi"ndən qoruyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir Ü.İsmayılova /

"Donuz qripi"nin yayıldığı ölkələrdən Azərbaycana gələn turistlərin sayının azlığı bu xəstəliklə bağlı ciddi narahatlığa əsas vermir. Ancaq hər halda profilaktik tədbirlər davam etdirilir", - çərşənbə axşamı turizm naziri Əbülfəs Qarayev deyib.

"Donuz qripi"nin yayılması əsasən Meksika və Kubada baş verir və hazırda Avropa ölkələrinə təsir edir ki, onlar da bu xəstəliyin xəbərdarlıq edilməsi üzrə tədbirlər görmək məcburiyyətindədirlər", - nazir bildirib.

Azərbaycanda, onun sözlərinə görə, bütün müvafiq dövlət strukturlarına profilaktik tədbirlər görmək tapşırılıb, səhiyyədə nəzarət gücləndirilib, ancaq hələ ki Azərbaycanda "donuz qripi" daşıyıcısı olan qeydə alınmayıb.

"Donuz qripi"nin xəbərdarlıq edilməsi üzrə Azərbaycanın kənd təsərrüfatı nəzdində dövlət veterinar xidməti tərəfindən həyata keçirilən monitorinqlər zamanı da ölkə ərazisində А/H1N1 virusu aşkar edilməyib.

"Monitorinqlər ölkənin donuzçuluq təsərrüfatlarında da keçirilib. Laborator tədqiqatlar üçün 388 qan nümunəsi götürülüb. Onların heç birində virus daşıyıcısı müəyyən edilməyib", - dövlət xidmətindən deyilib.

Ölkədə donuzçuluq təsərrüfatları Qəbələ, Zaqatala, Şəki, Balakən, Gəncə rayonları və Abşeron yarımadasında saxlanılır.

Dövlət xidmətindən deyilib ki, virusun ölkə ərazisinə keçməsi təhlükəsi üzündən iyunun 1-də analoji monitorinq başlanılacaq.

Hazırda Azərbaycana Amerika və Avropa qitələrindən heyvan mənşəli məhsulların idxalına müvəqqəti qadağa qüvvədədir.

"Donuz qripi" üzrə profilaktik tədbirlər məqsədilə ölkədə bütün donuzçuluq təsərrüfatları qapalı məkanlara köçürülüb, regionlarda veterinar idarələrin işi gücləndirilib və durum üzrə nəzarət bu strukturlara həvalə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti