...

Bakını pivə bumu gözləyir - "Baltika-Bakı" şirkətinin başçısı ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2009 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir Ü.İsmayılova /

Trend -ın "Baltika-Bakı" şirkətinin direktoru Adam Tlexuray ilə müsahibəsi

- Son il ərzində "Baltika-Bakı" zavodunda hansı işlər görülüb?

- Zavodun təkmilləşdirilməsinə 20 milyon dollar qoyulub. Bişirmə, qıcqırtma, süzülmə bölmələri, eləcə də tökmə sexləri də təkmilləşdirilib. Zavodun gücü ildə 10 milyon dekalitr pivəyə qədər artırılıb. Bişirmə sexində yeni mayebişirmə qazanı, həmçinin mayenin soyudulmasının yeni xətti işə salınıb. Qıcqırtma-süzmə bölməsində təmiz maya bitkilərinin müasir stansiyası, maye toplantıları, avadanlığın seçilmədın yuyulma stansiyası qurulub, pivənin süzülmə xətti təkmilləşdirilib.

Şüşə qablara tökmə xəttində yeni etiket avtomatı, üzüklü tıxacı (ring-pull) olan butulkalar üçün yeni bağlamalar, aksiz markalarının yapışdırılması üçün yeni avtomat və termobağlama avtomatları işə buraxılıb. Sexdə həmçinin saatda 20 min 1,5 litrlik PET-butulka gücü olan yeni tökmə xətti quraşdırılıb.

Zavodun ofis binası, bişirmə, tökmə, qıcqırtma sexləri və süzmə şöbələri, hazır məhsul anbarı təmir edilib, giriş yolları və müəssisənin ərazisi yenilənib.

- Təkmilləşmə əməkdaşların işinə və ştata necə təsir edib?

- Zavodda əsasən köhnə kollketiv çalışır, marketinq, maliyyə xidmətlərində bəzi artımlar olub. Bununla yanaşı, bizim zavodla "Baltika"nın Rusiyadakı başqa zavodları arasında işə yanaşma baxımından böyük fərq olmaması üçün əməkdaşlar üçün təcrübə keçmək üçün şərait yaradılıb.

- "Baltika-Bakı"nın bu gün neçə əməkdaşı var?

- Şirkətin əməkdaş ştatında 250 nəfər var. Azərbaycanda pivə istehsalı mövsümidir və bu dövr üçün biz əlavə işçilər cəlb edirik. Hazırda təkmilləşmə hesabına istehsal artır, işlər daha intensivləşib, buna görə də ştata çoxlu işçi qəbul etmişik. Muzdlu işə qəbul olunanların sayı 50-yə yaxındır.

- Dünya maliyyə-iqtisadi böhranı zavodun işinə təsir edibmi?

- Xeyr. Planlaşdırılan bütün işləri tam yerinə yetirmək barədə qərar qəbul edilib. Biz qarşımızda "Baltika"nın bütün xətt növlərinin Azərbaycandakı zavodda istehsal etmək üçün texniki imkanları təmin etmək məqsədini qoymuşuq.

- Zavodda konkret hansı növ pivələr istehsal olunacaq?

- Azərbaycan bazarının bütün yerli pivə növləri saxlanılacaq, çünki zavodun təkmilləşdirilməsinin əsas məqsədlərindən biri çeşidlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə texniki imkanlara nail olmaq idi. Zavodda "Xırdalan", "Bizim pivə", "33 eksport" və "Əfsanə" ilə yanaşı artıq "Baltika №3" istehsal olunur, yaxınlarda " Baltika №5", " Baltika №7", " Baltika №9", " Baltika Kuler", "Arsenalnoe" növləri də satışa çıxarılacaq.

- "Baltika" pivəsinin qiymətlərinin aşağı salınması planlaşdırılırmı?

- Gömrük rüsumlarının ödənilməsinə ehtiyac qalmadığından qiymətlər aşağı endiriləcək.

- Bu gün "Baltika-Bakı"nın bazarda payı necədir?

- Yerli brendlər və idxal çeşidlərini də nəzərə almaqla "Baltika" brendlərinin Azərbaycandakı payı 73 faizdir. Biz ən azı bu səviyyəni saxlamaq, eləcə də lokal brendlərin məhsullarının innovasiyası və "Baltika" və "Arsenalnoe" brendlərinin istehsalı yolu ilə yeni istehlakçılar cəlb etmək niyyətindəyik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti