...

2011-2015-ci illər üçün BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin hazırlanmasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2009 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend /

Cümə günü İqtisadi İnkişaf Nazirliyində 2011-2015-ci illər üçün BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin (UNDAF) hazırlanması prosesinin başlanmasına dair iclas keçirilib. Bu barədə nazirliyin məlumatında bildirilir.

İclasda aidiyyatı dövlət qurumlarının, eləcə də BMT-nin ölkəmizlə əməkdaşlıq edən agentliklərinin nümayəndələri iştirak ediblər.

İclasda iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və BMT-nin rezident əlaqələndiricisi Bruno Pueza BMT ilə Azərbaycan arasında əlaqələrin inkişafı, eləcə də hazırlanacaq sənədin əhəmiyyəti barədə danışıblar.

Tədbirdə 2005-2009-cu illər üçün BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin ümumi qiymətləndirməsi və 2011-2015-ci illər üzrə yeni Çərçivə Sənədinin prioritetlərinin müəyyənləşdirilməsi ilə bağlı təqdimatlar keçirilib və müzakirələr aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti