Azərbaycan, Bakı, 25 may / Trend , müxbir N.İsmayılova /
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80366 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 18-20-də 1 ABŞ dolları üçün 0,8037 manat, minimum isə mayın 21-22-də 1 ABŞ dollarına 0,8036 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
11 may |
0,8035 |
18 may |
0,8037 |
12 may |
0,8034 |
19 may |
0,8037 |
13 may |
0,8034 |
20 may |
0,8037 |
14 may |
0,8036 |
21 may |
0,8036 |
15 may |
0,8036 |
22 may |
0,8036 |
Həftə ərzində orta |
0,8035 |
Həftə ərzində orta |
0,80366 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0006 bənd (0,06 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80314 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 18-də - 0,8027AZN/USD məzənnəsi ilə $1,5 mln., mayın 19-da - 0,8031 AZN/USD məzənnəsi ilə $1,11 mln., mayın 20-də - 0,8033 AZN/USD məzənnəsi ilə $4,85 mln., mayın 21-də sövdələşmə olmayıb və bu səbəbdən məzənnə əvvəlki 0,8033 AZN/USD səviyyəsində qalıb və mayın 22-də 0,8033 AZN/USD məzənnə ilə $0,96 mln. təşkil edib.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi |
|||
11 may |
0,8030 |
18 may |
0,8027 |
12 may |
0,8028 |
19 may |
0,8031 |
13 may |
0,8027 |
20 may |
0,8033 |
14 may |
0,8027 |
21 may |
0,8033 |
15 may |
0,8027 |
22 may |
0,8033 |
Həftə ərzində orta |
0,80278 |
Həftə ərzində orta |
0,80314 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səkkiz manat səviyyəsində qalıb.
Qiymətlərin bu cür düşməsi [2009-cu ilin əvvəlində çeklərin yarısının qiyməti hətta 20 manatı ötmüşdü] dövlət əmlakının özəlləşdrilmə tempinin düşməsi ilə izah olunur.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi hesabdan silinmiş dövlət əmlakının özəlləşdirilməsi üçün buraxılan çeklərin həcminin ilin sonunadək 80 faizə çatdırılmasını gözləyir.
Cari ilin 1 may tarixinə qanunvericiliyə əsasən özəlləşdirmə prosesində 23,6 mln. özəlləşdirmə çeki və 10 mln. özəlləşdirmə opsionu hesabdan silinib.
Əhaliyə ümumilikdə 32 mln. özəlləşdirmə çeki paylanıb.
Özəlləşdirmə çekləri ixtisaslaşdırılmış çek hərraclarında, investisiya konkurslarında səhmlərin əmək kollektivinə güzəştli satışı zamanı təqdim olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]