Azərbaycan, Bakı, 25 may / Trend , müxbir E.İsmayılov /
Avqustun birinci dekadasında Bakı metropoliteni gediş kartlarının yüklənilməsi üçün 50 yeni aparat alacaq. Bu barədə bazar ertəsi Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov deyib.
"Aparatları "Bakmil" və "Cəfər Cabbarlı" stansiyaları istisna olmaqla, metropolitenin təqribən bütün stansiyalarında quraşdırmaq nəzərdə tutulub", - Əhmədov qeyd edib.
"Bakmil" stansiyası həftə ərzində cəmi 800, "Cəfər Cabbarlı" isə 800-900 sərnişinə xidmət göstərir.
"Aparatların sözügedən stansiyalarda quraşdırılması gəlirsiz sayılır", - Bakı metropoliteninin rəhbəri deyib.
Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir. Metropolitenin 7 stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası" ) dərin özüllü, "Bakmil" yerüstu, qalanları isə kiçik özüllüdürlər. Ümumilikdə 21 stansiya mövcuddur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]