...

Azərbaycan bankı Unibank dövlət xətti ilə ipoteka kreditlərinin alınması üzrə sifarişlərin qəbuluna başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend /

Unibank ASC ölkənin Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatlarının yeni siyahısına daxil olub.

Bankın məlumatında bildirildiyinə görə, iyunun 1-dən bank İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilən yaşayış evlərinin alınması üçün kreditlərin cəlb olunması üzrə sifarişlərin qəbuluna başlayır. Bu məqsədlə Unibank ipotekanın alınmasında maraqlı olan bütün şəxsləri bankın baş ofisinin yaxınlığında, Rəşid Behbudov küçəsi, 65 ünvanında yerləşən 17-ci filiala dəvət edir. Hər bir potensial borc alan bu zaman ipotekanın alınması üçün AİF-in aşağıdakı mütləq şərtlərini nəzərə almalıdır:

- bank tərəfindən kreditlər milli valyutada və yaşayış sahəsinin girov qoyulması ilə verilir;

- ipoteka predmetinin dəyərinin qiymətləndirilməsi müstəqil qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilir;

- bu növ ipoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına verilir;

- ipoteka krediti 3 ildən 25 ilədək müddətə verilir;

- ipoteka kreditlələrin dərəcəsi illik 8%-dən artıq ola bilməz;

- kredit üzrə əsas borc və hesablanan faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilir;

- ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borc alanın (borc alanların) aylıq məcmu gəlirlərinin 70%-dən çox olmamalıdır;

- kreditin məbləği 50 000 manatdan artıq ola bilməz;

- kreditin məbləği, onun alınması zamanı borc alan tərəfindən qirov qoyulan yaşayış sahəsinin dəyəri bazar dəyərinin 85%-ni aşa bilməz;

- borcalanın həyatı və əmək qabiliyyəti, habelə qirov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə slğorta olunmalıdırlar;

- kreditin son ödəniş tarixinə borc alanın yaşı qanunvericiliklə müəyyən olunan pensiya yaş həddindən çox olmamalıdır.

Unibank əvvəllər də Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasında olub. Bankın fondun vəsaitləri ilə yenidən maliyyələşdirilən ipoteka portfeli 2007-ci ilin sonuna 4,533 mln. AZN təşkil edib.

Mayın 27-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti