Azərbaycan və Misir turist mübadiləsi barədə razılığa gəlir
Azərbaycan, Bakı, 02 iyun / Trend /
Misir turizm və turist mübadiləsi sahəsində əməkdaşlıq məqsədi ilə Bakı və Azərbaycan regionlarının turistik potensialı ilə tanış olur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatında deyilir.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın Misirdəki səfirliyi ilə birgə Azərbaycan ərazisində Turizm Nazirliyinin, KİV və Misirin turizm şirkətinin əməkdaşları üçün məlumat turu təşkil edib.
Məlumat turu çərçivəsində Misir nümayəndələri Bakının, həmçinin Şəki, Qəbələ, Qax və Qubanın görməli yerləri ilə tanış olublar.
Məlumat turu çərçivəsində hər iki ölkənin Turizm nazirliklərinin nümayəndələri işgüzar görüşlər keçirərək aviareyslərin açılması və turların təşkili məsələlərini müzakirə ediblər.