...

Aİ Azərbaycanda qanun layihələrinin hazırlanması üzrə treninqlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2009 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir N.İsmayılova /

Avropa İttifaqının Texniki Yardım Milli Koordinasiya Bürosu Azərbaycanda "Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi"nin (PCA) həyata keçirilməsinə texniki yardım layihəsi çərçivəsində 3-4 iyun layihələrinin hazırlanması üzrə ikigünlük treninq keçirəcək.

Seminarda beynəlxalq və Avropa metodlarına müvafiq olaraq, qanunların, düzəlişlərin, təlimatların və digər hüquqi fəaliyyətin tərtibatı zamanı imkanların yaxşılaşdırılması məqsədi ilə Koordinasiya Bürosunun, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Treninq iştirakçıları qanunvericiliyin müəyyən hissələrinin hazırlanması zamanı araşdırılan məsələlərin həyata keçirilməsi və tərtibat mərhələləri ilə tanış olacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti