...

Azərbaycan paytaxtında vaxtı ötmuş dondurma satışı fatkları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir Ü.İsmayılova /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyunun 3-də keçirdiyi növbəti monitorinq zamanı Bakı şəhərinin Nərimanov və Nəsimi rayonlarında ümumi çəkisi 600 kq-a yaxın istifadə müddəti ötmüş müxtəlif çeşidli dondurmalar aşkar olunub və satışdan çıxarılaraq məhv edilib", - cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Dövlət Xidməti tərəfindən, həmçinin Mingəçevir şəhərində tikinti materialları mağazalarında 4 tona yaxın saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 2 hüquqi və 3 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti