...

Gürcüstanın Gəlirlər Xidməti BƏƏ-dən mobil telefon qaçaqmalçılığının qarşısını alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2009 20:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Gəlirlər Xidməti Əbu-Dabidən (Birləşmiş Ərəb Əmirlikləri) ölkəyə gətirilən telefon qaçaqmalçılığının qarşısını alıb. Xidmətin istintaq departamenti gömrük işçilərinin köməyi ilə qeyri-qanuni mal idxal edən qaçaqmalçılıqla məşğul olan dəstəni saxlayıb. Dəstəyə David Kakabadze başçılıq edib. O, BƏƏ-dən xeyli sayda mobil telefon gətirib. Kakabadzeyə Tbilisi aeroportunun gömrükçüsü Laşa Lomsadze köməkli edib və hazırda o da həbs olunub. İstintaqdan alınan məlumatlara əsasən, son qaçaqmalçılıq partiyası 150 min dollar civarındadır. Həbs olunanlar təqsirlərini boyunlarına alıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti