...

Azərbaycanda ən uzun körpü tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2009 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend / 

Azərbaycanın ən böyük şirkətlərindən olan "AKKORD" ölkədə ən uzun körpünü tikir. Bu barədə şirkətin cümə günü yayılmış məlumatında deyilir.

Körpü Bakı-Rusiya sərhədi yolunun 124 kilometrliyində tikilir. Körpünün uzunluğu 541 metr, hündürlüyü 22 metr təşkil edir. Körpünün 16 gözü və 3 mərtəbəli dayaqları var. Tikintinin əksər hissəsi artıq başa çatdırılıb. 4 gözdə bütün işlər artıq bitib, 7-də isə işlər qismən tamamlanıb.

Məlumatda deyilir ki, bu körpünün tikintisinin başa çatdırılması ilə magistralın 134 kilometrliyində işlər tamamlanacaq.

Yol beynəlxalq əhəmiyyət kəsb edir və payızda istismara veriləcək, məlumatda deyilir.

"AKKORD" tikinti şirkətinin Bakı-Rusiya sərhədi yolunun layihəsində əsas işi magistralın 16-134 kilometrliyinndə beton yolun salınmasıdır. İndiyə qədər şirkət 120 kilometr boyunca magistralı kəsib keçən kommunikasiya xətlərinin yerini dəyişdirib, o cümlədən suayrıcılar, körpü və keçidlər tikib.

Layihə çərçivəsində şirkət bu yolda, həmçinin 21 körpü və yolayırıcı, 10 qovşaq, iki tunel, bir dəmiryol körpüsü, heyvanların keçməsi üçün 15 keçid, o cümlədən kommunikasiya xətləri üçün 112 xüsusi boru çəkib.

Xəbər lenti

Xəbər lenti