...

USAID-in dəstəyi ilə Bank of Azerbaijan-da kredit mütəxəssisləri üçün treninqlərə start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend /

"Bu həftə Bank of Azerbaijan-ın baş ofisində amerikanın məşhur kredit mütəxəssisi, bu sahədə 24-illik iş təcrübəsinə malik olan Cen Berişin beşgünlük treninqlərinə start verildi", - bankın məlumatında deyilir.

Bankın kredit mütəxəssislərinin iştirak etdiyi treninqlər aşağıdakı mövzular üzrə keçirilir: "Kiçik və orta biznesdə nağd vəsait axınının təhlili və proqnozu", "Kiçik və orta biznes üçün nağd vəsait axınının aylıq proqnozu", "Əmsallardan istifadə və maliyyə hesabatları ilə əlaqə", "Qısamüddətli aktivlərin dəyərinin hesablanması", "Nağd vəsait axınının proqnozları: Təhlil və təmayüllər; dəyişikliklərin təsirinin təhlili".

Cen Berişin treninqləri USAID-in ölkədə kiçik və orta sahibkarlığın inkişafına həsr olunmuş layihəsi çərçivəsində həyata keçirilir. Bank of Azerbaijan-ın bu layihədə iştirakına dair razılıq bankın sədri Xəyal Şərif-zadə və USAID-in Bakı ofisinin başçısı Pol Devis arasındakı bu günlərdə keçirilən görüşü zamanı əldə olunub. Nəticədə, Bank of Azerbaijan ölkə bankları arasında qrant almış bir neçə banklardan biri olub və bunun əsasında banka Chemonics International Inc. tərəfindən texniki dəstək göstərilir.

Тexniki dəstək il boyunca bir neçə mərhələdə aparılır. Buraya, yuxarıda qeyd olunan Bank of Azerbaijan-ın kredit mütəxəssisləri üçün treninqlərin keçirilməsi, kreditləşmənin yeni bank standartlarının işlənib hazırlanması məqsədilə konsaltinq xidmətlərinin göstərilməsi, mövcud məhsulların optimallaşdırılması və yeni məhsulların inkişaf etdirilməsi daxildir.

Bank of Azerbaijan-ın bu cür layihələrdə iştirakı, müştərilərə ən yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə əməkdaşların ixtisasının təkmilləşdirilməsi baxımından bankın institusional və innovasion inkişaf siyasətində mühüm rol oynayır və bir daha bu siyasətə sadiq olmasını təsdiq edir.

Xəbər lenti

Xəbər lenti