...

Yaxın vaxtlarda icbari tibbi sığorta üzrə agentlik fəaliyyətə başlayacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2009 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə agentlik yaxın zamanlarda öz fəaliyyətinə başlayacaq, çərşənbə günü səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

"Səhiyyə Nazirliyi bütün zəruri təklif və sənədləri hazırlayaraq ölkənin Nazirlər Kabinetinə təqdim edib", - Şirəliyev deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın ölkədə aktiv tətbiq müddəti Nazirlər Kabinetindən asılıdır. Qeyd edək ki, agentlik Nazirlər Kabineti nəzdində fəaliyyət göstərəcək.

"Agentliyin fəaliyyəti Səhiyyə Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən tənzimlənəcək", - nazir bildirib.

2008-ci ilin dekabrında Azərbaycan Nazirlər Kabinetinin yanında icbari tibbi sığorta üzrə agentlik yaradılıb. Bu sistemin tətbiq edilməsi üçün 2008-ci ildə dövlət büdcəsindən 1,4 milyon manat ayrılıb, 2009-cu ildə büdcədə bu məqsədlərə 51,11 milyon manat nəzərdə tutulub.

Agentliyin nizamnaməsi hələ ki, təsdiq edilməyib. İcbari tibbi sığortanın tətbiq edilməsi üçün pilot rayon qismində Siyəzən şəhəri seçilib.

Azərbaycanda tibbi sosial sığorta sisteminin yaradılması Dünya Bankının səhiyyə sistemində islahatların keçirilməsi, tibb xidmətlərinin yaxşılaşdırılması proqramı çərçivəsində həyata keçirilir.

Dövlət Sosial Müdafiə Fondu tibbi sığorta üçün vəsaitlərin yığılmasında öz iştirakını təklif edib. Qeyd edək ki, fond icbari sosial sığorta haqlarının yığılmasında təcrübəyə malikdir, lakin prezidentin qərarına əsasən vəsaitlərin toplanması ilə yeni yaradaılmış agentlik məşğul olacaq.

Dövlət Sosial Müdafiə Fondunun araşdırmalarına əsasən, hər il ölkədə tibb xidmətlərinə 200 milyon manat xərclənir. Hazırda bəzi müştərək müəssisələr və şirkətlərdə tibbi sığortalanma həyata keçirilir.

İyunun 17-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti