...

İtaliya Azərbaycanın ixracatçıları sırasında liderliyini qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2009 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı,  20 iyun / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Dövlət Gömrük Komitəsi dünyanın 120 ölkəsi ilə aparılan ticarət əməliyyatlarının yanvar-may ayları üzrə yekununu elan edib", - şənbə günü komitədən deyilib.

Bu dövr ərzində ölkənin ixrac əməliyyataları ötən ilin analoji dövrünə nisbətən 69,12 faiz, yaxud 10,27 milyard dollar artaraq, 4,59 milyard dollar təşkil edib.

İdxal 8,16 faiz, yaxud 201 milyon dollar arataraq 2,26 milyard dollara çatıb. Bununla yanaşı, ümumi ticarət dövriyyəsi 6,85 milyard dollar təşkil edib.

Yanvar-mayda Azərbaycandan 1,3 min növ məhsul ixrac, 4,79 min növ idxal edilib.

Aşağıda Azərbaycanın ümumi ticarət dövriyyəsində əhəmiyyətli dərəcədə payı olan ölkələrin siyahısı dərc olunub:

İxrac

Ölkələr

Dəyəri (mlrd. $ ABŞ)

Ümumi ixracda xüsusi çəkisi (%)

İtaliya

1,30

28,41

ABŞ

0,466

10,15

Fransa

0,422

9,63

İsrail

0,335

7,31

Gürcüstan

0,201

4,38

Rusiya

0,193

4,21

Kanada

0,181

3,95

İndoneziya

0,178

3,88

Hindistan

0,145

3,17

Tayvan

0,13

2,95

İdxal

Ölkələr

Dəyəri (mlrd. $ ABŞ)

Ümumi idxalda xüsusi çəkisi

                        (%)

Rusiya

0,385

17,05

Türkiyə

0,311

13,78

Almaniya

0,239

10,58

Ukrayna

0,195

8,62

Böyük Britaniya

0,138

6,11

Çin

0,136

6,05

ABŞ

0,107

4,76

Fransa

0,61

2,71

Yaponiya

0,52

2,34

İtaliya

0,49

2,19

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti