...

Azərbaycanda istehlak hüquqlarının pozulması faktları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir Ü.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak hüquqlarının pozulması üzrə növbəti faktları aşkar edib, şənbə günü nazirlikdən bildiriblər.

İyunun 18-də Bakının Səbayıl, Nərimanov rayonalrında, o cümlədən Gəncə, Yevlax, Sumqayıt, Xaçmaz və Zaqatala şəhərlərində keçirilmiş monitorinqlər zamanı çəkisi 1,1 ton olan istifadə müddəti ötmüş, yararsız ərzaq məhsulları -  qənnadı və kolbasa məmulatları, kərə yağı, balıq konservləri və s. aşkar olunaraq satışdan çıxarılaraq məhv edilib.

Gəncədə yerləşən Anar Əhmədova məxsus  satış məntəqəsində yoxlanış zamanı heç bir qanun pozuntusuna rast gəlinməyib.

Qanun pozuntusuna yol vermiş 10 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

17 may 2009-cu il tarixdən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 15 hüquqi şəxsə 56,5 min manat, 76 fiziki şəxsə isə 114,5 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam etdirilir.  

İyunun 18-nə rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti