...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2009 15:29 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80394 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi 18 və 19 iyun tarixlərində 1 ABŞ dolları üçün 0,804 manat, minimum isə 15,16 və 17 tarixlərində 1 ABŞ dollarına 0,8039 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

8 iyun

0,8038

15 iyun

0,8039

9 iyun

0,8039

16 iyun

0,8039

10 iyun

0,8037

17 iyun

0,8039

11 iyun

0,8039

18 iyun

0,804

12 iyun                                                  

0,8038 

19 iyun                                                  

0,804 

Həftə ərzində orta 

0,80382

Həftə ərzində orta 

0,80394

Ötən həftənin yekununa əsasən, manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş birja məzənnəsi dəyişməz olaraq, 1 ABŞ dollarına 0,8041 manat səviyyəsində qalıb.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 15-də sövdələşmə olmayıb və məzənnə 0,8041 AZN/USD qalıb. İyunun 16-da 0,8041 AZN/USD məzənnə ilə $0,6 mln., iyunun 17-də - 0,8041 AZN/USD məzənnəsi ilə $1,078 mln., iyunun 18-də - 0,8041 AZN/USD məzənnəsi ilə $2,9 mln., və iyunun 19-da - 0,8041 AZN/USD məzənnəsi ilə $1,1 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi 

8 iyun

0,8024

15 iyun

0,8041

9 iyun

0,8040

16 iyun

0,8041

10 iyun

0,8037

17 iyun

0,8041

11 iyun

0,8041

18 iyun

0,8041

12 iyun                                                  

0,8041

19 iyun                                                  

0,8041

Həftə ərzində orta

0,80366

Həftə ərzində orta

0,8041

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Bütün həftə ərzində özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb: alış 9 manat, satış 10 manat. Qiymətlərin belə enməsi dövlət əmlakının özəlləşdirmə tempinin azalması ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]  

Xəbər lenti

Xəbər lenti