...

Azərbaycanda bələdiyyə torpaqlarının satışı düzgün həyata keçirilir - komitə rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda dövlət kadastırının yaradılması hərrac və müsabiqə yolu ilə bələdiyyə torpaqlarının satışı zamanı qiymətlərin düzgün təyin edilməsinə təsir edəcək. Bu barədə çərşənbə axşamı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Bu gün Bakıda Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycanın Torpaq və Xəritəçəkmə Komitəsi "Torpaq kadastırının təkmilləşdirilməsi sistemi" layihəsi üzrə 1,5 milyon dollar dəyərində qrant müqaviləsi imzalayıblar. Layihə 18 aya nəzərdə tutulub. Layihənin əsas məqsədi şəhər torpaq kadastırının hazırlanmasıdır.

"Qanunlara müvafiq olaraq torpaqlar hərrac vasitəsilə normativ qiymətdən aşağı olmayaraq satılır, belə ki, onun qiymətləndirilməsi zamanı keyfiyyət də nəzərə alınır", - Məmmədov deyib.

Onun sözlərinə görə, torpaq sahələrinin keyfiyyəti öyrənilir və 100 ballıq şkala üzrə qiymətləndirilir.

"Kadastr fonduna əsaslanan normativ qiymətlərin istifadə olunması hərrac və müsabiqələrin keçirilməsi zamanı bütün fırıldaq imkanlarının qarşısını alır",- Məmmədov bildirib.

2008-ci il dekabrın 10-dan etibarən Azərbaycan Prezidentinin göstərişinə əsasən, yerli özünüidarəetmə orqanlarının torpaqları yalnız hərrac vasitəsilə satılır və onların keçirilməsi üzrə səlahiyyətlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilib. Əvvəllər bu səlahiyyətlərə yerli özünüidarəetmənin müvafiq orqanları - bələdiyyələr malik olub.

Müsabiqədə və ya hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxs bələdiyyə torpaqları barədə müqaviləni Dövlət Komitəsinin yerli strukturları ilə 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə müvafiq olaraq bağlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti