...

Azərbaycanda istifadə müddəti ötmüş məhsullar üzrə növbəti faktlar aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2009 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən istehlak hüquqlarının pozulması ilə bağlı növbəti faktlar aşkar edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılmış məlumatında deyilir.

İyunun 22-də Sumqayıt və Xaçmaz şəhərlərində keçirilən monitorinqlər zamanı 1 ton istifadə müddəti keçmiş qida məhsulları (uşaq qidası, qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz və s.) aşkar olunub.

7 fiziki şəxs barədə istehlakçı hüquqlarının pozulması faktı ilə inzibati xətalar haqqında protokol tərtib olunub.

Mayın 17-dən Azərbaycan Prezidentinin İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyəişikliklər edilməsi barədə göstərişindən sonra 18 hüquqi şəxs 68,5 min manat məbləğində və 87 fiziki şəxs 131 min manat məbləğində cərimə olunub.

İyunun 23-nə rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti