...

Azərbaycan regionlarından birində daha 5 turizm obyekti tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2009 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbirlər P.Əliyeva, Ü.İsmayılova /

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət və turizm şöbəsi Yardımlı rayonunda əlavə 5 turizm obyektinin tikilməsi barədə təkliflər verib. Bu barədə çərşənbə günü şöbə rəhbəri Ayaz Əliyev deyib.

"Rayonda ümumilikdə 46 yer tutumuna malik iki turizm obyekti mövcuddur", - Əliyev bildirib.

Onun sözlərinə görə, rayona böyük turist axını nəzərə alınarsa, bu obyektlər çox azdır. 2005-2006-cı illərdə Yardımlı rayonuna il ərzində 600-700, 2008-ci ildə isə 1,5 min turist gəlib.

"2009-cu ildə turist axınının 2 minə qədər artması gözlənilir. "Bu səbəbdən nazirliyə turizm obyektlərinin tikilməsi üçün müraciət olunub", - Əliyev bildirib.

Onun sözlərinə görə, Yardımlı rayonunda il ərzində 2-3 min turistin qəbulu üçün imkan var. Rayonun turizm obyektlərində iki yerli otağın qiyməti sutka ərzində 50 manatdır. Lakin gələn turistlər Çayüzü, Perimbel, Alar və Peştəsər kəndlərində özəl evlərdə qalmağa üstünlük verirlər. Bu evlərdə sutka ərzində qalmaq üçün kirayə haqqı 10-15 manat təşkil edir.

"Orta hesabla Yardımlı rayonuna gələn hər bir turistin gündəlik xərci 40-50 manat təşkil edir", - Əliyev bildirib.

İyunun 24-nə rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti