...

Azərbaycanda yalnız bir şığorta şirkəti mülkiyyət formasını dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2009 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir Ü.İsmayılova / 

"Azərbaycanda 2008-ci ilin martında qəbul edilən "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 28 şirkətdən 27-si mülkiyyət formasını Qapalı Səhmdar Cəmiyyətdən (QSC) Açıq Səhmdar Cəmiyyətə (ASC) dəyişib", - çərşənbə günü Azərbaycan Maliyyə Nazirliyi nəzdində Sığorta Nəzarəti üzrə Dövlət Agentliyinin direktoru Namiq Xəlilov deyib.

"Mülkiyyət formasını indiyə qədər dəyişməyən yeganə şirkət "Azesigorta" dövlət kommersiya sığorta şirkətidir", - Xəlilov bildirib.

Onun sözlərinə görə, mülkiyyət formasının dəyişdirilməsi bəzi işlərin görülməsini və vaxt tələb edir.

"Düşünürəm ki, maksimum bir il ərzində bu şirkət də mülkiyyət formasını QSC-dən ASC-yə dəyişəcək", - Xəlilov qeyd edib.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Maliyyə Nazirliyinin məlumatlarına görə, yanvar-apreldə sığorta haqlarının ümumi həcmi 58,46 milyon manat, ödəmələr isə 15,23 milyon manat təşkil edib. "Azersigorta"nın haqları bu dövrdə 10,21 milyon manat, ödəmələri 4,16 milyon manat olub. "Azersigorta" bazarda 80 ildən çox fəaliyyət göstərən yeganə dövlət şirkətidir.

İyunun 24-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti