...

Azərbaycanın böyük lizinq şirkəti portfeli 50 milyon manata çatdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir U.İsmayılova /

Azərbaycanın böyük lizinq şirkəti Joint Leasing öz portfelini ilin sonuna 50 milyon manata çatdırmaq niyyətindədir, cümə axşamı şirkətin rəhbəri Elçin Əhmədov bildirib.

"İlin birinci rübünün yekunlarına görə, şirkət öz portfelini 40 milyon manata çatdırıb", - Əhmədov deyib.

Onun sözlərinə görə, bazarda yaranmış vəziyyətə baxmayaraq, şirkət avadanlıqların lizinqə verilməsini dayandırmayıb.

Şirkət risklərin azaldılması  və portfelin idarəsinin asanlaşdırılması məqsədi ilə  bir neçə sərmaye layihəsinin bağlanması barədə qərar qəbul edib. Onun sözlərinə görə, şirkət həmçinin layihənin maliyyələşdirmə şərtlərini dəyişmək niyyətində deyil.

2008-ci ilin ikinci yarısından Azərbaycanda banklar vəsait çatışmazlığı səbəbindən istehlak kreditlərin verilməsini məhdudlaşdırıb.

"Joint Lizinq Company" 2007-ci il 14 iyun tarixindən etibarən "Azərlizinq" şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətin təsisçiləri Böyük Britaniyanın "DH Leasing LTD" şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti