Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir İ.Xəlilova /
Dünya Bankı (DB) Azərbaycan höküməti ilə birgə qlobal maliyyə böhranından sonra ölkənin uzunmüddətli perspektivdə dünya iqtisaiyyatındakı yeri məsələsinin müzakirəsi məqsədilə yüksək səviyyədə seminarın keçirilməsinə hazırlaşır. Bu barədə cümə axşamı DB-nın Bakı nümayəndəliyinin başçısı Qreqori Yeceyçak bildirib.
"Tədbirə məşhur iqtisadçıları, Nobel laureatlarını, müxtəlif ölkələrin baş nazirlərini dəvət etmək istəyirik. Biz artıq bu məsələni Azərbaycan prezidenti və ölkənin baş naziri ilə müzakirə edərək seminarın oktyabr ayında keçirilməsi barədə əsas razılıq əldə etmişik", -deyə Yeceyçak bildirib.
Onun sözlərinə əsasən, hazırda Azərbaycan höküməti ilə ortamüddətli və uzunmüddətli perspektivlər, qlobal böhrandan çıxmaq barədə müzakirələr aparılır.
"Araşdırmalar onillik perspektivdə keçiriləcək, nəticələrə əsasən isə memorandumda öz əksini tapacaq tövsiyyələr veriləcək", - DB-nın nüamyəndəliyinin başçısı bildirib.
O, hökümətin iqtisadi inkişaf perspektivlərini müəyyənləşdirməsini Azərbaycan üçün müsbət faktor olduğunu bildirib. Ölkənin mövqeyi artıq yaradılmış vasitələrin istifadəsinə yönəlib.
"Bir neçə nəqliyyat marşrutlarının yaradılması nəticəsində Azərbaycanın dünya bazarına çıxış imknaları genişlənib. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondunın yaradılması neft gəlirlərinin istifadəsinin şəffalığını təmin edib", - deyə Yeceyçak bildirib.
O, qısa müddət ərzində ÜDM-un adam başına artımının 95 dollardan 4000 min dollara kimi çatmasını dünya sistemində yaxşı təcrübə adlanıdırb. Bütün bu tədbirlər, eyni zamanda yoxsulluğun səviyyəsinin azaldılması, böyük infrastruktur layihələrinin həyata keçirilməsi orta təbəqənin inkişafına yardım gösətərib.
"Dünyanın likvidlik problemi yaşadığı hazırkı vəziyyətdə Azərbaycanın neft-qaz layihələrinin həyata keçirilməsindən gələn gəlirləri hesabına kifayət qədər vəsaiti var. Lakin məlum olduğu kimi karbohidrogen ehtiyyatları tükənir, bugünkü göstəricilərə əsasən onlar 10-15 ildən sonra məhdudlaşacaq. itisadi inkişafın davamı üçün Azərbaycan ölkənin neft asılılığının digər müvafiq sektorla əvəzlənməsi üçün strateji tədbirlər həyata keçirilməlidir", - deyə Yeceyçak bildirib.
Onun sözlərinə əsasən, Azərbaycan iqtisadiyyatının stabil inkişafının təmin olunması üçün dörd əsas komponent mövcuddur: iqtisadi və ictimai inkişaf üçün makro-iqtisadi idarə mexanizminin, münasib infrastrukturların yaranması (daxili və xarici investisiyanın cəlb edilməsi hesabına) tələb olunur, iqtisadiyyatın uğurlu diversifikasiyası üçün əlverişli kapital və biznes mühitinin yaradilması vacibdir (bu xarici investisiyaların axınına kömək edir)
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]