...

Azərbaycanın şirkətlər qrupu olan ADA Group regionlarda şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyun 2009 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend /

2009-cu ili "Biznesin keyfiyyəti" elan edən ADA Şirkətlər Qrupu yeni almalımarketlərin açılmasını da gündəmdə saxlayır. Bu barədə ADA-nın cümə axşamı yayılmış məlumatında deyilir.

"Biznes-plana əsasən bu il mağazaların açılması zamanı əsas üstünlük regionlara veriləcək" -deyə məlumatda qeyd olunur.  

Artıq Gəncə şəhərində sayca 3-ü almalımarketin açılması üzrə işlər yekunlaşmaq üzrədir. Mağaza üçün lazımi avadanlıqlar artıq alınmış və təmir başa çatdıqdan sonra quraşdırılacaqdır. Yeni mağaza Adil İskəndərov küçəsində yerləşir.

Qeyd edək ki, hal-hazırda Gəncə şəhərində 2 almalımarket fəaliyyət göstərməkdədir. Bunlardan biri Yeni Gəncə qəsəbəsində digəri isə Atatürk prospektindədir.

Bundan başqa Bakı şəhərində də açılacaq 2 yeni almalımarketin ünvanı artıq məlumdur. Mağazalar Nəsimi rayonu, Ə. B. Hüseynzadə küçəsi 85 və Binəqədi rayonu 7-ci mkr. S. Sani Axundov küçəsi 5 B ünvanında yerləşəcəkdir. Mağazaların payızın əvvəllərində alıcların istifadəsinə verilməsi planlaşdırılır. Ümumiyyətlə, ilin sonunadək respublika üzrə almalımarketlərin sayı 48-ə çatacaqdır.

Yeni almalımarketin açılması daha çox insana "Almalı"nın xidmətlərindən istifadə imkanı yaradacaq.

ADA Şirətlər Qrupu 2005-ci ildə yaranmışdır. İlk almalımarketin açılışı isə 2006-cı ildə olmuşdur. "Almalı" ölkədə müasir pərakəndəçilik standartlarını tətbiq etməkdədir. "Almalı" regionda ən müasir Paylayıcı Mərkəzə malikdir. Burada müxtəlif məhsul kateqoriyaları üçün uyğun saxlama rejiminin olması məhsulların keyfiyyət göstəricilərinin yüksək səviyyədə qalmasına imkan verir.

Almalımarketlər xidmətlərini "Almalıdan 5 ulduz" adı altında alıcılara təqdim edir. Bunlar yüksək keyfiyyət, sərfəli qiymət, səmimi xidmət, seçim imkanı və geri qaytarma imkanıdır.

Almalı-nın ticarət şəbəkəsinin inkişafı layihəsinin perspektivliyini nəzərə alaraq Qara Dəniz Ticarət və İnkişaf bankı onun inkişafı üçün 2009-cu ildə doqquz milyon məbləğində kredit ayırmışdır. Hazırda tərəflər arasında əmlakın kredit üçün girova qoyulması üzrə imzalanmış müqavilə Rusiyanın Krasnodar vilayətinin müvafiq orqanlarına qeydiyyatdan keçmək üçün təqdim olunub. Kreditin təminatı qismində Baker & Tilly şirkəti tərəfindən 10 milyon dəyərində qiymətləndirilən ADA Group-un səhmdarlarına məxsus Rusiyanın Qara dəniz sahilində mülk kompleksi çıxış edir.

Mayın 21-də DA Group-un Direktorlar Şurasının iclasında ikinci yarımildə qrupun səhmdarı olan Beynəlxalq Maliyə Korporasiyası tərəfindən əlavə altı milyon dolların alınması qərara alınıb. Sözü gedən vəsait yerli bankların uzunmüddətli kreditlərinə və biznesin inkişafına sərf olunacaq.  

Xəbər lenti

Xəbər lenti