...

Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının yeni prezidenti seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2009 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASTMK) növbədənkənar III Qurultayı keçirilib. Bu barədə ASTMK-nın çərşənbə axşamı yayılmış məlumatında bildirib.

Konfederasiyanın prezidenti vəzifəsinə qeyri-bank kredit təşkilatı "Aqrar Credit"in sədri Məmməd Musayev seçilib.

Qurultay çərçivəsində İdarə heyəti və Rəyasət heyətinin təftiş-nəzarət komissiyasının yeni tərkibi təsdiqlənib.

May ayında Milli Konfederasiyanın eks-prezidenti Ələkbər Məmmədov istefa verib. İstefaya getməsinə səbəb kimi o, elmi-pedoqoji fəaliyyətini göstərib. Məmmədov istefaya getməsi barədə konfederasiyanın Rəyasət heyətinin aprel ayının 30-da keçirilən ikinci qurultayının nəticələrinin müzakirə olunduğu iclası çərçivəsində bildirib.

Konfederasiyanın nizamnaməsinə əsasən növbədənkənar qurultayın keçirilməsinə kimi prezident səlahiyyətini konfederasiyanın vitse-prezidenti Etibar Əliyev icra edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti