Azərbaycan, Bakı, 01 iyul / Trend /
İyulun 1-dən etibarən Standard Capital şirkəti yerli fond bazarının bütün alətləri üzrə "0% komissiya" adlı yeni aksiyaya başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
Cari il oktyabr ayının 1-nə kimi nəzərdə tutulan bu aksiyanın keçirilməsi müddətində Standart Capital QDİ (qısamüddətli dövlət istiqrazları) kağızları, Mərkəzi Bankın notu, korporativ istiqrazlar, səhmlərin alqı-satqısı, həmçinin REPO əməliyyatları daxil olmaqla bütün xidmət növləri üzrə pulsuz broker xidmətləri təqdim edəcək. Bu tipli aksiya Azərbaycanda broker şirkəti tərəfindən həyata keçirilən ilk aksiyadır.
Qiymətli kağızlar bazarında broker xidmətləri Standart Capital-ın fəaliyyətinin əsas istiqamətidir. Şirkət Azərbaycanın Fond bazarının aparıcı operatorları sırasına daxildir. Şirkət korporativ və özəl müştərilərə broker xidmətləri göstərir. Standard Capital Bakının Fond Birjası ticarət sahəsində dövriyyələr üzrə lider mövqelərdən birini tutur. BFB-nın Analitik şöbəsinin göstərilən xidmətlər üzrə hesablarına əsasən, Standart Capital 2006,2007 və 2008-ci illərdə brokerlər reytinqinə başçılıq edib.
Standart Capital 2004-cü ilin avqust ayında təsis edilib, AB Standart maliyə-sənaye qrupunun tərkibinə daxildir. Standard Capital MMC BFB-nın səhmdarı və həmtəsisçisidir.
İyulun 1-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]