...

Azərbaycanda qiymətli kağızlar ticarəti üzrə yeni arxitektura yaranacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2009 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Dünya Bankı (DB) Azərbaycanın qiymətli kağızlar bazarının ticarət sisteminin yeni arxitekturasının yaradılması layihəsi üzrə danışıqlara başlayıb. Bu barədə cümə günü QKDK sədri Rüfət Aslanlı bildirib.  

"Hazırda qiymətli kağızlar bazarının bütün lazımı institutsional komponentləri mövcuddur, bunların arasında Bakı Banklararası Valyuta Birjası, Milli Depozit Fondu, həmçinin sövdələşmələrin yerinə yetirilməsi üçün maliyyə vasitəçiləri funksiyasını həyata keçirən broker və dilerlər də yer alır. Bütün bu institutlar inkişafın müxtəlif mərhələsindədirlər, onların potensialı lazımı səviyyədə uyğunlaşdırılmalı və dünyada mövcud olan vahid platforma ilə uzlaşmalıdır", - deyə Aslanlı bildirib.

Buna görə də, Aslanlının sözlərinə əsasən, QKDK Azərbaycanın qiymətli kağızlar bazarının ticarət sisteminin yeni arxitekturasının yaradılması layihəsi üzrə işləməyə başlayıb.

"Ötən həftə DB-nin ekspertləri Bakıda səfərdə olublar və Komitə layihə üzrə işçi qrupu ilə danışıqlar aparıb. Bu prosesin sentyabr ayında davam etdirilməsi planlaşdırılır", - deyə Aslanlı qeyd edib.

Onun sözlərinə görə, bunun nəticəsində hazırda mövcud olan ödəmə sistemi ilə müqayisə oluna biləcək elektron ticarət sistemi yaradılacaq. Yəni "online" rejimində Bakı Fond Birjasında qiymətli kağızlar ticarətini təmin etməyə, həmçinin qiymətli kağızlar üzrə haqların ötürülməsini elektron formatda həyata keçirməyə imkan olacaq.

"Hazırda bu layihənin dizayn işləri həyata keçirilir və layihə üzrə DB-nin texniki yardımı müzakirə olunur", - deyə Aslanlı bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti