...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 11:31 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd  ucuzlaşıb (0,01 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80426  manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 8-10-da 1 ABŞ dolları üçün 0,8043 manat, minimum isə iyulun 6-7-də 0,8042  manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

29 iyun

0,8041

6 iyul

0,8042

30 iyun

0,8041

7 iyul

0,8042

1 iyul

0,8042

8 iyul

0,8043

2 iyul

0,8042

9 iyul

0,8043

3 iyul

0,8042 

10 iyul    

0,8043

Həftə ərzində orta  məzənnə

0,80416

Həftə ərzində orta  məzənnə

0,80426

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0013 bənd (0,13 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80378  manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 6-da sövdələşmə 0,8028 AZN/USD məzənnəsi ilə $2,87 mln., iyulun 7-də 0,8040 AZN/USD məzənnəsi ilə $6,25 mln., iyulun 8-də  0,8040 AZN/USD məzənnəsi ilə $1,13  mln., iyulun 9-da  0,8040 AZN/USD məzənnəsi ilə $0,63 mln.,  və iyulun 10-da 0,8041 AZN/USD məzənnəsi ilə $0,72 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  

29 iyun

0,8034

6 iyul

0,8028

30 iyun

0,8028

7 iyul

0,8040

1 iyul

0,8028

8 iyul

0,8040

2 iyul

0,8028

9 iyul

0,8040

3 iyul   

0,8028

10 iyul  

0,8041

Həftə ərzində orta

0,80292

Həftə ərzində orta

0,80378

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb: alışı 9  manat, satışı isə 10 manata həyata keçirilib. Qiymətlərin bu səviyyədə azalması (2009-cu ilin əvvələrində çeklərin bəzən məbləği 20 manatı ötüb) dövlət əmlakının özəlləşdirilməsi templərinin azalması ilə izah olunur. Belə ki, hazırda əmlak məsələləri üzrə Dövlət komitəsində struktur dəyişikliklər həyata keçirilir.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti