...

Azərbaycanın sığorta şirkətinin haqları il ərzində 40 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 12:52 (UTC +04:00)
Azərbaycanın böyük sığorta şirkətlərindən biri A-Qroup-un birinci yarımil ərzində yığımı 4,73 milyon manat təşkil edib ki, bu da 2008-ci il ərzindəki nəticələrdən 43 faiz çoxdur. Bu barədə şirkətin cümə günü yayılmış məlumatında deyilir.
Azərbaycanın sığorta şirkətinin haqları il ərzində 40 faizdən çox artıb

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın böyük sığorta şirkətlərindən biri A-Qroup-un birinci yarımil ərzində yığımı 4,73 milyon manat təşkil edib ki, bu da 2008-ci il ərzindəki nəticələrdən 43 faiz çoxdur. Bu barədə şirkətin cümə günü yayılmış məlumatında deyilir.

2009-cu ilin birinci yarımili ərzində sığorta haqlarının əsas hissəsi könüllü tibbi sığortanın (4,49 milyon manat) payına düşüb. 2008-ci ilin analoji dövrü ilə müqayisədə bu növ üzrə haqların artımı 66 faiz təşkil edib.  

2009-cu ilin birinci yarımili ərzində A-Qroup 1,94 milyon manat məbləğində ödənişlər həyata keçirib.

A-qroup sığorta şirkəti üç icbari və könüllü sığortanın 14 növü üzrə xidmət göstərib. İyulun 1-də sığorta şirkətinin nizamnamə kapitalı 1,55 milyon manat təşkil edib.   

İyulun 17-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital@trend

Xəbər lenti

Xəbər lenti