...

Azərbaycanda növbəti dəfə istehlakçı hüquqlarının pozuntusu faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 16:24 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinqlər çərçivəsində 700 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə Nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.
Azərbaycanda növbəti dəfə istehlakçı hüquqlarının pozuntusu faktı aşkar edilib

Azərbaycan, Bakı, 20 iyul / Trend Сapital, müxbir Ü.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinqlər çərçivəsində 700 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə Nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Sabunçu, Binəqədi və Nizami rayonlarında, həmçinin Azərbaycanın Cəlilabad rayonunun satış mərkəzlərindən birində keçirilib.

İstifadə müddəti ötmüş mallar içərisində kolbasa və qənnadı məmulatları, bitki yağları və süd məhsulları, meyvə suları, mayonez və b. var.

Monitorinqlər çərçivəsində Bakının Binəqədi rayonundakı ticarət məntəqələrindən birində istehlakçı hüquqlarının pozulması üzrə heç bir fakt aşkar edilməyib.

Qeyd edək ki, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 35 hüquqi şəxsə 136,5 min manat, 189 fiziki şəxsə 284 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam edir.

Iyulun 20-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti