...

"Akkord" şirkəti Azərbaycan jurnalistlərinə qiymətli hədiyyə təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 14:33 (UTC +04:00)
Azərbaycanın iri tikinti şirkətlərindən biri olan “Akkord” şirkəti çərşənbə günü milli mətbuat günü münasibətilə 1926-cı ildə “pantürkizm”də ittiham edilərək güllələnmiş yazıçı Mirzə Şəfi Mirzəyevin "Материалы для истории тюркской печати на Кавказе" adlı kitabının təqdimatını keçirib.
"Akkord" şirkəti Azərbaycan jurnalistlərinə qiymətli hədiyyə təqdim edib

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın iri tikinti şirkətlərindən biri olan "Akkord" şirkəti çərşənbə günü milli mətbuat günü münasibətilə 1926-cı ildə "pantürkizm"də ittiham edilərək güllələnmiş yazıçı Mirzə Şəfi Mirzəyevin "Материалы для истории тюркской печати на Кавказе" adlı kitabının təqdimatını keçirib.

Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, KİV-in nümayəndələri və kitabın çapını maliyyələşdirən "Akkord" şirkətinin rəhbər işçiləri iştirak ediblər.

Kitab 1906- 1918-ci illərdə şərq dilləri üzrə baş senzor işləyən Mirzə Şərif Mirzəyevin fəaliyyətinə həsr edilir.    

"Bu kitab 1925-ci ildə nəşr olunmalı idi. Lakin kitabın nəşrini görmək müəllifə qismət olmadı. Kitabı sonradan nəşr etmək istəyən AMEA-nın müxbir üzvü Əziz Mirəhmədova da, məhrum jurnalist Məmməd Nazimoğluna da bu, qismət olmadı. Bu kitab yalnız "Akkord" Şirkətlər Qrupunun sayəsində işıq üzü görüb. Biz onlara bu əsərə can verdikləri üçün təşəkkür edirik", - tədbirdə Milli Elmlər Akademiyası Ədəbiyyat İnistitutunun əməkdaşı, filologiya elmləri namizədi Elmira Qasımova deyib.

Tədbirin bütün iştirakçıları bu nəşrin Azərbaycan jurnalistləri üçün əhəmiyyətli olmasını qeyd ediblər. 

Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva çıxışında bildirib ki, kitab Milli Mətbuat Günündə jurnalistlərə təmsil etdiyi Şirkətin rəhbəri İlqar Hacıyev tərəfindən bayram hədiyyəsidir.

"Biz jurnalistləri bir-birindən ayırmaq istəmədik və onlara ümumi və cox qiymətli bir hədiyyə etdik. İlk olaraq isə kitabı yazıldığı dildə - rus dilində nəşr etdirdik. Lakin kitab yaxın gələcəkdə Azərbaycan və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görəcək", - Quliyeva deyib.

Qeyd edək ki, əsər üzərində Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun dörd əməkdaşı çalışıb. "Akkord" şirkəti minnətdarlıq əlaməti olaraq onlara pul mükafatı verib.

Xəbər lenti

Xəbər lenti