...

Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə daha 166 kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 15:58 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (SYMF) cümə günü güzəştli şərtlərlə daha 166 kredit ayırıb.
Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə daha 166 kredit verilib

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (SYMF) cümə günü güzəştli şərtlərlə daha 166 kredit ayırıb. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Fondun vəsaiti hesabına yeddi səlahiyyətli kredit təşkilatı vasitəsilə keçirilən tədbirlərin yekununa görə, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Astara iqtisadi rayonlarında sənaye, kənd təsərrüfatı, tikinti materiallarının istehsalı, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlara təxminən 800 min manat məbləğində 166-dan çox kredit verilib. Güzəştli kreditlər vasitəsilə layihələrin maliyyələşdirilməsi 330-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

2009-cu ilin əvvəlindən fond səlahiyyətli kredit təşkilatları vasitəsilə 46 milyon məbləğində kreditlər verib. Bu dövr ərzində 930-dan çox sahibkara güzəştli şərtlərlə kreditlər verilib. Güzəştli kreditlər vasitəsilə layihələrin maliyyələşdirilməsi 3800-dən çox yeni iş yerlərinin açılmasına inkan yaradacaq.

SYMF tərəfindən "SYMF hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri tərəfindən irəli sürülmüş investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda treyninq də keçirilib. İnvestisiya layihələrinin qiymətləndirilməsi, biznes-planın hazırlanması proseduru və güzəştli kreditlərin istifadə qaydasına həsr olunmuş treyninqdə təxminən 300 sahibkar iştirak edib.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti