Azərbaycan, Bakı, 24 iyul / Trend /
Xalq Bank bankın plastik kartına sahib olanlar üçün yeni SMS-bankinq xidmətinin göstərilməsinə başlayıb. Bu barədə bankdan məlumat verilib.
SMS-bankinq xidməti - müştərilərə sutka ərzində mobil telefonla öz kart hesabındakı vəziyyət barədə informasiya almağa imkan verən məsafəli bank xidmətidir. Bu xidmətə qoşulan müştərilər onun ödəmə kartında aparılan istənilən əməliyyat barədə qısa SMS şəklində operativ məlumat alacaq.
Bankın plastik kart sahibləri üçün mümkün olan xidmət "Azercell Telekom" (post-paid abonent və Sim-Sim, Achiq Xett, GencSim və s.) abunəçiləri üçün keçərlidir. Sözügedən xidmətə qoşulmaq üçün telefon nömrəsi hökmən plastik kart sahibinin adına olmalıdır.
Xalq Bank Master Card International və Visa International beynəlxalq ödəmə sistemi kartları verir.