...

Azərbaycan Hökuməti gömrük tariflərinin təkmilləşdirilməsi təklifini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 16:41 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə idxal məhsullarının gömrük tariflərinin təkmilləşdirilməsi barədə təklif təqdim edib.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə idxal məhsullarının gömrük tariflərinin təkmilləşdirilməsi barədə təklif təqdim edib. Bu barədə bazar ertəsi Dövlət Komitəsindən məlumat verilib.

"Təklif əsasən gömrük tarifi mexanizminin təkmilləşdirilməsi, əhəmiyyətsiz güzəştlərin ləğvi, güzəştlərin müəyyənləşdirilməsi üçün istiqamətlərin konkretləşdirilməsi, eləcə də çoxpilləli gömrük rüsumundan azpilləliyə keçid üzrə tövsiyəni nəzərdə tutur", - komitədən deyilib.

"Hazırda Azərbaycanda gömrük rüsumunun çoxpilləli sistemindən istifadə olunur: 0-0,5, 3, 5, 10 və 15 faiz. Biz onları 0-5, 15 faizədək azaltmağı təklif etmişik", - bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Əliyevin sözlərinə görə, bu təklif gömrük prosedurunun təkmilləşdirilməsi çərçivəsində reallaşdırılır və bunları Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı öhdəliklərlə birbaşa əlaqələndirmək olmaz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti