...

Azərbaycan bankı Turan Bankın xalis gəliri il ərzində 55 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 19:21 (UTC +04:00)
Azərbaycan bankı Turan Bankın aktivləri iyulun 1-nə 81,641 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 7,2 faiz üstələyir.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Turan Bankın aktivləri iyulun 1-nə 81,641 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 7,2 faiz üstələyir. Bu barədə bankın məlumatında deyilir.

Müştərək kapital il ərzində 25,2 faiz artaraq 19,66 milyon manat təşkil edib. Nizamnamə kapitalı isə 21,4 faiz artımla 17 milyon manat təşkil edib. Bankın xalis gəliri hesabat dövrü ərzində 55,5 faiz artıb və iyulun 1-nə 1,7 milyon manat təşkil edib.

Bankın kredit portfeli 8,5 faiz - 62,3 milyon manatadək artıb.

Bankın ümumi gəliri il ərzində 40,2 faiz artıb, iyulun 1-nə 8,61 manat təşkil edib. Hesabat dövrü ərzində bankın müştərilərinin sayı 5,6 faiz azalaraq 7 315 nəfər olub.

Bankın aktiv plastik kartlarının sayı 25585 ədədə, bankomatlarının sayı 9-a, POS-terminallarının sayı 75-ə, filiallarının sayı 11-ə bərabərdir.

İyulun 28-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti